Zaqatalada qadını maşın vurub öldürdü
- 06.12.2025, 12:20,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. Rayonun Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova minik avtomobili tərəfindən vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.