Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- 23.07.2022, 11:51,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyindən məlumata verilib.
Bildirilib ki, iyulun 22-də saat 23 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində rayon sakini R.İsmayılzadə idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolun kənarında dayanmış 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya aparılan qadın orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.