Ağır qəza oldu - Xəsarət alan var
- 20.12.2025, 11:57,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
Telexeber.az lent.az-a istinadən xəbər verir ki, hadisə N.Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə toqquşan "Chevrolet" idarəetmədən çıxaraq yük maşınına çırpılıb. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan bir nəfər yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.