Şəmkirdə ağır qəza oldu - Ölən var
- 27.01.2026, 12:38,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ"-2110 və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2110"un sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.