Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- 08.02.2026, 12:03,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Telexeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.