Ana və övladları dəm qazından zəhərləndi
- 05.02.2026, 11:42,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şamaxı rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Telexeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mərzəndiyə kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Aygün Azadxan qızı Miraliyeva və övladları - 2002-ci il təvəllüdlü Asif Namiq oğlu Miraliyev və 2008-ci il təvəllüdlü Natiq Namiq oğlu Miraliyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.