Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
- 10.02.2026, 12:09,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Fevralın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 23 tüfəng, 1 patron darağı və 55 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.