Mingəçevirdə qəza oldu - Sürücü öldü
- 14.02.2026, 12:19,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, Elxan Şabanovun idarə etdiyi “Ford Transit” markalı 77-JH-140 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında dayanmış “Nissan” markalı 77-UK-045 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub.
Hadisə nəticəsində Elxan Şabanov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.