Evlərdən silsilə oğurluqlar edən şəxs saxlanıldı

Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.

Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziriyi məlumat yayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə mənzillərdən 3200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları talamaqda şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb.

Araşdırmalar davam etdirilir.
Популярный ролик