Goranboyda ağır qəza oldu - Xəsarət alanlar var
- 05.03.2026, 13:27,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Goranboy-Tərtər avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib.
"Nissan" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü R.Şükürov, M.Kərimov (1955), M.Baxışəliyev (1990), N.Məmmədov (2002) və İ.Furidinli (2008) müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.