Ata və oğlu dəm qazından öldü

Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb.

Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.

1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Популярный ролик