Şamaxıda ağır qəza - Üç nəfər yaralandı
- 09.03.2026, 10:37,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Göylər kəndinə gedən yolda qeydə alınıb.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Ağayev Ramin, 1963-cü il təvəllüdlü Nuriyev Həsənağa və Zülfüqarov Zöhrab müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.