Qanunsuz silah-sursat aşkarlandı
- 16.03.2026, 11:18,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 qumbara, 15 tüfəng, 2 patron darağı və 66 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.