18 yaşlı qız dəm qazından boğulub öldü

Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.

Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdül Abgül Elməddin qızı Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик