Avtomobil piyadanı vurub öldürdü
- 16.04.2026, 11:54,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Dəllək kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu yolu keçən zaman avtomobil vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.