Ağır qəza oldu - Xəsarət alanlar var
- 27.05.2026, 14:28,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdaşda yol-nəqliyyat hadisəsi olub.
Telexeber.az unikal.az-a istinadən xəbər verir ki, qəza Qumlaq kəndi yaxınlığında baş verib.
"BMW" və "VAZ-21010" markalı maşınların toqquşması zamanı bir ailənin 3 üzvü xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Yeganə Eminova, həyat yoldaşı 1951-ci il təvəllüdlü Müğdət Eminov və oğulları 1987-ci il təvəllüdlü Anar Eminov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.