Bakıda ağır qəza: Ana yaralandı, 2 qızı öldü
- 21.12.2022, 09:03,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
DİN-in mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” markalı avtomobillər toqquşub.
Hadisədə “VAZ-2107” avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.