Bakıda ərzaq mağazasında yanğın olub
- 06.03.2023, 08:47,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda ərzaq mağazasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 40 m sahədə əriyib.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.