"Zirə" sabiq məşqçisi ilə anlaşdı - RƏSMİ
Facebook
Вконтакте
Одноклассники
Google+

“Zirə” yeni məşqçi ilə anlaşıb.
Telexeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Borçe Xristovla 2 illik müqavilə bağlayıb.
Şimali Makedoniyalı çalışdırıcı əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Borçe Xristov 2020-ci ildə də “Zirə”də işləyib. O, U-21 millimizdə Rəşad Sadıqovun köməkçisi kimi, eləcə də "Qarabağ"da çalışıb.