Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.
Telexeber.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında "Neftçi" və "Azstars" kollektivləri qarşılaşıb.
93:29 hesablı qələbə qazanan birincilər yarışın qalibi olub.
Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, final görüşünün ən yaxşı basketbolçusu "Neftçi"nin üzvü Angelina İsmayılova seçilib.