Balabəy finala vəsiqə qazandı
Facebook
Вконтакте
Одноклассники
Google+

Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri davam edir.
Telexeber.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.
60 kq çəki dərəcəsində Balabəy Ağayev həlledici görüşə yüksəlib. 27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.