Türklər Dünya Çempionatının ən pis komandası oldular

Futbol üzrə Türkiyə yığma komandası bu gün Paraqvaya məğlub olaraq Haitidən sonra Dünya Çempionatını tərk edən ikinci komanda oldu. İlk oyunda Avstraliyaya məğlub olan ay-ulduzlu komanda növbəti oyunun nəticəsindən asılı olmayaraq qrupdan çıxmaq şansını itirdi.
Telexeber.az xəbər verir ki, "Sözcü" qəzetinin apardığı araşdırma nəticəsində Türkiyə yığmasının turnirin ən pis komandası olduğu üzə çıxıb. Buna səbəb kimi qardaş ölkə klubunun keçirdiyi hər iki oyunda məğlub olması, qapısından 3 qol buraxması və rəqib qapılardan 1 top belə keçirə bilməməsi göstərilir. Türkiyə millisinin "ən pis komanda" tituluna "layiq görülməsində" bugünkü oyunda 64-cü saniyədə qapısından qol buraxması da rol oynayıb.

Türkiyə yığması topa sahib olma statistikasına görə də dünya çempionatlarının tarixinə düşüb. Bugünkü matçda topa 78 faiz sahib olan ay-ulduzlu komanda qol vura bilmədiyi üçün aktivinə daha bir "qara xal" yazdırıb.

Qeyd edək ki, Türkiyə millisi son iki oyunda üst-üstə 20 küncdən zərbə vurmaq hüququ qazanıb. Rəqib qapılara vurulan zərbə sayı isə 62 olub. Bu zərbələrin heç birinin qolla nəticələnməməsi Türkiyəni çempionatın "ən pis komandası"na çevirib.
Популярный ролик