Kliniki Tibbi Mərkəzdə butulkada sistem qoşulub? - AÇIQLAMA

Kliniki Tibbi Mərkəzdə butulkada sistem qoşulub? - AÇIQLAMA"Bəzi qeyri-ciddi sosial şəbəkə səhifələrində yayımlanmış, Kliniki Tibbi Mərkəzdə çəkildiyi iddia edilən fotoşəkil saxtadır və bunu qərəzli paylaşımlar hesab edirik".

Bu barədə Telexeber.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

"Bunu yayan ilk mənbə ilə də əlaqə saxlanılıb, bu cür saxta və böhtan xarakterli paylaşıma görə etiraz olunub. Onlardan həmin saxta paylaşımın yığışdırılması tələb olunub, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilib.

Kliniki Tibbi Mərkəz olaraq digər sosial şəbəkə səhifələrindən və eləcə də ciddi xəbər saytlarından xahiş edirik ki, bu cür dəqiqləşdirilməmiş, saxta və böhtan xarakterli fotoşəkillərin, o cümlədən, məlumatların yayılmasında vasitəçi olmasınlar.

Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti bütün media nümayəndələrinə hər zaman açıqdır və istənilən məlumatı operativ cavablandırmağa hazırdır", - mərkəzdən qeyd olunub.
Популярный ролик