
Müasir dövrdə insanların ən həssas sağlamlıq problemlərindən biri göz xəstəlikləri və görmə qüsurlarıdır. Bu sahədə peşəkarlığı, beynəlxalq təcrübəsi və minlərlə pasiyentin etimadını qazanan oftalmoloq-cərrah Dr. Günay Əliyeva Azərbaycanda göz sağlamlığının qorunmasına mühüm töhfələr verən tanınmış mütəxəssislərdən biridir.
Hazırda fəaliyyətini "Miopiya və Lazer Mərkəzi"ndə davam etdirən Dr. Günay Əliyeva uzun illər ərzində qazandığı təcrübə, iştirak etdiyi beynəlxalq konfranslar və uğurla həyata keçirdiyi cərrahi əməliyyatlarla ölkənin oftalmologiya sahəsində seçilən simalarından biri hesab olunur.
Dr. Günay Əliyeva 2000-ci ildə "Bağça-Məktəb-Lisey" kompleksini fərqlənmə ilə bitirdikdən sonra yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə daxil olub. Daha sonra oftalmologiya üzrə internatura keçərək peşəkar fəaliyyətə başlayıb. Onun peşəkar inkişaf yolu Hindistan, Türkiyə, ABŞ, İspaniya, İtaliya, Bəhreyn və digər ölkələrdə aldığı xüsusi təlim və ixtisasartırma proqramları ilə zənginləşib. Katarakta cərrahiyyəsi, retina xəstəlikləri, refraktiv cərrahiyyə, qlaukoma əməliyyatları, blefaroplastika və lazer korreksiyası üzrə beynəlxalq sertifikatlara sahib olan həkim daim yenilikləri izləyərək pasiyentlərinə ən müasir müalicə üsullarını təqdim edir.
Onun rəhbərlik etdiyi "Miopiya və Lazer Mərkəzi"ndə katarakta, miopiya nəzarəti, Femto-LASIK, LASIK, PRK, eksimer lazer əməliyyatları, çəpgözlük, diabetik retinopatiya və digər göz xəstəliklərinin müayinə və müalicəsi həyata keçirilir. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəz qısa müddətdə yüzlərlə insanın yenidən aydın görməsinə şərait yaradıb.

Dr. Günay Əliyevanın fəaliyyətində diqqət çəkən məqamlardan biri də elmi-pedaqoji istiqamətdə gördüyü işlərdir. O, müxtəlif illərdə refraksion cərrahiyyə, retina xəstəlikləri, miopiyaya nəzarət və estetik blefaroplastika mövzularında beynəlxalq səviyyəli kurs və konfranslar təşkil edib. Həmçinin Azərbaycanda ilk canlı oftalmoloji cərrahiyyə tədbirlərinin keçirilməsində fəal iştirak edərək gənc həkimlərin peşəkar inkişafına dəstək göstərib.
Amerika Oftalmoloqlar Akademiyası (AAO), Avropa Vitreo-Retinal Cəmiyyəti (EVRS), Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyəti (ESCRS) və Türk Oftalmoloji Dərnəyinin üzvü olan Dr. Günay Əliyeva beynəlxalq oftalmologiya camiəsində də tanınan azərbaycanlı mütəxəssislərdən biridir.
Bu gün minlərlə pasiyent tərəfindən etibar edilən Dr. Günay Əliyeva peşəkarlığı, məsuliyyətli yanaşması və insan sağlamlığına verdiyi önəmlə göz xəstəliklərinin müalicəsində uğurlu nəticələr əldə etməyə davam edir. Onun fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafına və vətəndaşların sağlam gələcəyinə xidmət edən nümunəvi həkim fəaliyyətlərindən biri kimi qiymətləndirilir.
Telexeber.az olaraq Dr. Günay Əliyevaya gələcək fəaliyyətində yeni uğurlar arzulayır, göz sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi işlərin davamlı olmasını diləyirik.