
Müasir dövrdə valideynlərin ən həssas yanaşdığı məsələlərdən biri də övladlarının sağlamlığıdır. Xüsusilə pediatr seçimi zamanı həm peşəkarlıq, həm diqqət, həm də insani münasibət əsas amillərdən hesab olunur. Məhz bu baxımdan uzun illərdir pediatriya sahəsində fəaliyyət göstərən Bəxtiyar Qarayev valideynlərin etimad göstərdiyi həkimlərdən biri kimi diqqət çəkir.
Məlumatlara əsasən, Bəxtiyar Qarayev 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirib və 1995-ci ildən etibarən pediatriya sahəsində fəaliyyətə başlayıb. Uzun illər ərzində qazandığı təcrübə, uşaqlara qarşı xüsusi həssas yanaşması və peşəsinə bağlılığı onu bu sahədə tanınan həkimlərdən birinə çevirib. 2012-ci ildən etibarən isə MediPlanet Klinikası nda pediatr kimi fəaliyyət göstərir.
Valideynlərin fikirlərinə görə, Bəxtiyar həkimin əsas fərqləndirici xüsusiyyətlərindən biri uşaqlarla ünsiyyət qurmaq bacarığıdır. Bir çox valideynlər qeyd edir ki, həkim yalnız müalicə prosesi ilə deyil, eyni zamanda uşağın psixoloji rahatlığı ilə də yaxından maraqlanır. Bu isə xüsusilə azyaşlı uşaqların həkim qorxusunun azalmasına və müayinələrin daha rahat keçməsinə səbəb olur.
Müasir tibbdə yalnız nəzəri bilik deyil, praktiki təcrübə və operativ qərarvermə qabiliyyəti də mühüm rol oynayır. Uzun illər ərzində minlərlə uşağın sağlamlığının qorunmasına töhfə verən Bəxtiyar Qarayev bu gün də öz peşəsinə böyük məsuliyyətlə yanaşaraq fəaliyyətini davam etdirir. Onun haqqında yayılan rəylərdə tez-tez diqqətcillik, dəqiqlik və pasiyentlərə qarşı səmimi münasibət xüsusi vurğulanır.
Qeyd edək ki, MediPlanet Klinikası da son illər müxtəlif tibbi xidmətləri ilə seçilən özəl tibb müəssisələrindən biri kimi tanınır. Klinikada yaradılmış müasir tibbi şərait, peşəkar tibbi heyət və pasiyent məmnuniyyətinə verilən önəm burada fəaliyyət göstərən həkimlərin işinə də müsbət təsir göstərir.
Cəmiyyətin sağlam gələcəyinin formalaşmasında pediatrların üzərinə böyük məsuliyyət düşür. Çünki uşaqların sağlam böyüməsi birbaşa gələcək nəslin inkişafına təsir edir. Bu baxımdan öz peşəsini vicdanla yerinə yetirən, valideynlərin etimadını qazanan və uşaqların sağlamlığı naminə çalışan həkimlərin fəaliyyəti hər zaman təqdirəlayiqdir.
Telexeber.az olaraq pediatriya sahəsində uzun illər fəaliyyət göstərən Bəxtiyar Qarayev ə gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayırıq.