ABŞ-dan Bakı-İrəvan münasibətləri barədə açıqlama
- 01.11.2024, 09:58,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.
Telexeber.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:
“Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik”, - Miller bildirib.