Rusiya XİN başçısının müavini Azərbaycan səfiri ilə görüşdü
- 04.04.2025, 10:42,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevi qəbul edib.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
Görüşdə Moskva-Bakı münasibətlərinin gələcək inkişaf perspektivləri müttəfiqlik qarşılıqlı fəaliyyət müstəvisində müzakirə edilib, ikitərəfli və regional gündəliyin bir sıra aktual mövzuları nəzərdən keçirilib:
"Həm Rusiyada, həm də Azərbaycanda bu il planlaşdırılan dövlətlərarası təmasların və birgə tədbirlərin qrafiki dəqiqləşdirilib".