"Ancaq özümüzə və dövlətə güvənməliyik"


23 il ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalq yaxşı bilir.



Telexeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib

"23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik. İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir, insanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq, deyirdim ki, inanın, onlar da inanırdı. 17 il az müddət deyil, 17 il mənim sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular", - Prezident qeyd edib.
Dövlət başçısı qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin idi:

"Müharibə qədər də olmasa, çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da Azərbaycanı asılı vəziyyətdə saxlamaq, tam ədaləti bərpasına nail olmayaq deyə müxtəlif fitnələr təşkil edilirdi, biz bütün bunları yaxşı xatırlayırıq.

Mən müraciətlərimdə deyirdim ki, biz bu müharibədəki qələbəni gəlin indi qeyd etməyək, fəal olaq, çünki görüləsi işlər çoxdur. Bir qrup keçmiş köçkün də bu sözlərə inanıb gözləyirdi ki, o gün gələcək, onlar öz doğma dədə-baba torpaqlarına qayıdacaq. Srağagün mən onların bir qrupu ilə görüşdüm. Onlara dedim ki, 2020-ci ildə biz müharibədə zəfər çalanda bu torpaqlar hələ işğal altında idi, amma siz inanırdınız ki, o gün gələcək, bu torpaqlara qayıdacaqsınız.

Mənim müraciətlərimin ana xətti həmişə dəyişməz olaraq qalır. Biz ancaq özümüzə güvənə bilərik. Baxmayaraq ki, Azərbaycanın çox böyük sərvətləri olub, onlardan heç biri, sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında rol oynamırdı. Çünki biz daha çox ümumittifaq büdcəsinə verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı, Sumqayıt şəhəri ekoloji fəlakətə uğramışdı. Sovet İttifaqı dağılanda isə hər şey viran qalmışdı, torpaqlarımız əldən getmişdi. Bu mənada, ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır. Bu gün Azərbayca cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir".
Популярный ролик