"Aİ-də başa düşürlər ki, Azərbaycanla tərəfdaş kimi danışmaq lazımdır"

Slovakiya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə yardım göstərməyə hazırdır.

Telexeber.az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.

P.Pelleqrini vurğulayıb ki, Slovakiya Avropa İttifaqındakı həmkarlarına Azərbaycanı tənqid etmək və ona dərs keçmək əvəzinə - Bakını bir tərəfdaş kimi görməyi tövsiyə edəcək:


"Slovakiya öz tərəfdaşlarına hörmət edir. Biz Avropa ölkələri arasında Azərbaycan üçün bir növ "vəkil" ola bilərik. Müsbət mənada. Harada dəstək lazımdırsa və ya Aİ-nin Azərbaycanla bağlı hər hansı qərarı olacaqsa, siz bizə arxalana bilərsiniz".

O qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfərinə (iyulun əvvəlində - red.) şaddır. Onun fikrincə, bu, Brüssel üçün Azərbaycanla münasibətləri qurmaq zərurəti barədə bir siqnal ola bilər.

"İndi, məncə, Brüsseldəki rəsmilər başa düşürlər ki, onlar danışmalı, Azərbaycanın tərəfdaşı olmalıdırlar. Mən düşünürəm ki, bu, münasibətlərimizin gələcəyidir və Slovakiya bu prosesdə çox faydalı olacaq", - P.Pelleqrini əlavə edib.
Популярный ролик