Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür - DİM sədri

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.

Telexeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bu barədə Təhsil Nazirliyi ilə danışıqlar aparılıb:

"Artıq yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq".
Популярный ролик