Emin Əmrullayev vətəndaş qəbulu keçirdi
- 31.10.2025, 19:30,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 31-də Salyan şəhərində vətəndaş qəbulu keçirib.
Telexeber.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak ediblər. Vətəndaşlar işlə təmin olunma, sertifikatlaşdırma prosesi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

