Zəminə Nurayevanın rəhbərliyi altında 4 nömrəli məktəb uğurları ilə seçilir
- 23.06.2026, 16:35,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Abşeron rayonunun təhsil həyatında özünəməxsus yeri olan Xırdalan şəhər 4 nömrəli tam orta məktəb son illər əldə etdiyi nailiyyətlərlə diqqət mərkəzindədir. Təhsil müəssisəsinə rəhbərlik edən Zəminə Nurayeva məktəbin inkişafı, şagirdlərin keyfiyyətli təhsil alması və müasir təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən işlərlə seçilən rəhbərlərdən biri kimi dəyərləndirilir. Məktəb Xırdalan şəhərinin aparıcı təhsil ocaqlarından biri hesab olunur.
Zəminə Nurayevanın rəhbərliyi dövründə məktəbdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların vətənpərvər ruhda yetişdirilməsi daim prioritet istiqamətlərdən olub. Məktəbdə həm təhsil, həm də tərbiyə işlərinin yüksək səviyyədə təşkili valideynlərin və ictimaiyyətin rəğbətini qazanıb.
Xüsusilə məktəbəhazırlıq qruplarının fəaliyyətinə göstərilən diqqət təqdirəlayiqdir. Məlumata görə, məktəbin məktəbəhazırlıq qruplarına yüzdən artıq azyaşlının qəbul olunması təhsil müəssisəsinə olan etimadın göstəricilərindən biridir. Zəminə Nurayeva çıxışlarında məktəbin hər bir şagird üçün ikinci ev olduğunu, uşaqların şəxsiyyət kimi formalaşmasında məktəbin mühüm rol oynadığını vurğulayıb.
Bu gün Xırdalan şəhər 4 nömrəli tam orta məktəb yalnız bilik verən təhsil müəssisəsi deyil, eyni zamanda milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli və vətəninə faydalı gənclərin yetişdirildiyi nümunəvi təhsil ocaqlarından biri kimi tanınır. Məktəbin kollektivinin qazandığı uğurların arxasında peşəkar müəllim heyəti ilə yanaşı, rəhbərliyin düzgün idarəçilik prinsipləri və təhsilə olan məsuliyyətli yanaşması dayanır.
Təhsil sahəsində görülən işlər göstərir ki, Zəminə Nurayeva və rəhbərlik etdiyi kollektiv gələcəyin savadlı, vətənpərvər və uğurlu gənclərinin yetişdirilməsi naminə fəaliyyətini uğurla davam etdirir. Məktəbin qazandığı nailiyyətlər isə onun Abşeron rayonunun nüfuzlu təhsil müəssisələrindən biri olduğunu bir daha təsdiqləyir.