Yardımlıda ev yandı

  • 26.12.2022, 09:11,
  • ---
Yardımlıda ev yandıYardımlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, Yardımlı rayonunun Sırıq kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Популярный ролик