Ağır qəza keçirən "Nikosayağı" haradadır? - AÇIQLAMA

Bu ilin avqust ayının 15-də qəza törədən tanınmış bloqer Nicat Şakirlidən (Nikosayağı) xəbər var.

Telexeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev bloqerin istintaqının davam etdiyini deyib.
“Yeni Sabah”ın aylardır haqında heç bir məlumat olmayan bloqerin yaxınlarından əldə etdiyi məlumata görə isə Nicat Şakirlinin istintaqı hələ də davam edir və nəticə bəlli olana qədər ailə gündəmə gəlmək istəmir.

Mənbə bildirib ki, hazırda evində olan bloqer ağır depressiyadadır və sosial şəbəkədən istifadə etmir.

Xatırladaq ki, tanınmış bloqer “Porsche” markalı avtomobili ilə paytaxtın Heydər Əliyev prospektində hərəkət edən zaman maşının TIR-a çırpılması nəticəsində 1995-ci il təvəllüdlü Məmmədov Ruslan Şahin oğlu hadisə yerində həlak olub. Dövri mətbuatda gedən məlumatlara görə, mərhum Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibi Şahin Məmmədovun oğlu olub.

Qeyd edək ki, 29 yaşlı N. Şakirlinin keçirdiyi qəzadan sonra sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub. Onun tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğlu olduğu bildirilib.

Cari il sentyabr ayında Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda isə “Nikosayağı” barəsində cinayət işinin başlandığı qeyd olunmuşdu.
Популярный ролик