"Nikosayağı"nın qəza törətdiyi "Porsche" bu qiymətə satılır - FOTO
- 11.04.2024, 10:26,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb.
Telexeber.az unikal.az-a istinadən xəbər verir ki, "Porsche" markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytların birində yerləşdirilib.
Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, "Nikosayağı"nın qolu isə amputasiya edilib.
