Paytaxtda fəaliyyət göstərən Turan Hospital ilə bağlı narazılıqlar gündəmdən düşmür. Bu dəfə isə bir vətəndaşın sosial şəbəkədə yaydığı video geniş müzakirələrə səbəb olub.
Şikayətçi çəkiliş zamanı bildirir ki, hospitalın xidmətindən narazı qalıb və insanları bu tibb müəssisəsinə getməməyə çağırıb. Onun sözlərinə görə, burada çalışanların yanaşması və tətbiq olunan ödənişlər vətəndaşları narazı salır.
Vətəndaş iddia edir ki, dərmanının adını unutduğu üçün sadəcə məlumat almaq məqsədilə yaxınlaşsa da, ondan yenidən qeydiyyatdan keçməsi tələb olunub və bunun üçün 50 manat ödəniş istənilib.
Məsələ ilə bağlı yayılan video fakt Telexeber.az-ın rəsmi YouTube səhifəsində də işıqlandırılıb və ictimai rezonans doğurub.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb. Mövzunun obyektiv araşdırılması və aidiyyəti qurumların münasibət bildirməsi gözlənilir.