"Minsk" markalı motosikleti qaçıran şəxs saxlanıldı
- 16.01.2023, 12:01,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda axtarışda olan şəxs saxlanılıb.
Telexeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus “Minsk” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.