İraq parlamenti İsveç səfirinin ölkədən çıxarılması barədə qərarı dəstəklədi

İraq parlamenti İsveç səfirinin ölkədən çıxarılması ilə bağlı hökumətin qərarını dəstəkləyib.

Telexeber.az xəbər verir ki, bu barədə parlamentin xüsusi bəyanatında deyilir.
Sənəddə bildirilir ki, Nümayəndələr Şurası (parlament) İraqın Stokholmdakı səfirliyi qarşısında bu gün keçirilən aksiyaya görə dərin təəssüf hissi keçirir. Buna cavab olaraq deputatlar İsveçin Bağdaddakı səfirinin İraq ərazisindən çıxarılması barədə Nazirlər Kabinetinin qərarını dəstəkləyiblər.

Parlamentin bəyanatı ilə təxminən eyni vaxtda İraqın sünni icması ölkə hakimiyyətindən İsveçlə hər cür əməkdaşlığı dayandırmağı tələb edib. İraq Sünni Fondunun bəyanatında deyilir ki, “cinayətkar Salvan Momika İsveç hökumətinin dəstəyi və onun cinayətlərini digər Qərb ölkələrinin hakimiyyət orqanlarının sükutla müşahidə etməsi ilə təkrar-təkrar öz çirkin əməllərinə qayıdır”.

Xatırladaq ki, İraq hökuməti Stokholmda Quranın yandırılması aksiyasının təkrarlanacağı təqdirdə İsveçlə diplomatik əlaqəni kəsəcəyi barədə krallığı məlumatlandırıb.
Популярный ролик