Rusiya sərhədə sızan Qərb diversantları məhv etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın xüsusi təyinatlıları Ukraynadan sızan Qərb diversantlarından ibarət dəstəni pusquya salaraq məhv ediblər.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat verib. Məlumata görə, Rusiyanın Bryansk vilayətində öldürülən Ukrayna təxribat-kəşfiyyat qrupunun üzvündə ABŞ ordusunun 75-ci alayına aid döymənin olduğu müşahidə edilib. Federal Təhlükəsizlik Xidməti Bryanskda öldürülən əcnəbi silahlının dəstənin 4 nəfər üzvündən biri olduğunu bildirib.
Məlumata görə, axtarış zamanı dəstə üzvlərində əcnəbi silah və texnika, habelə onların üçüncü ölkələrə aid olduğunu göstərən şəxsi əşyalar, Kanada bayrağı, Polşa dua kitabı və ingilis dilində taktiki qeydlər olan bloknot aşkar edilib.