Tramp müharibələrin əsas səbəblərini həll etməyib - Lavrov

Trampın müharibələri dayandırmaq cəhdləri onların əsas səbəblərini həll etməyib.

Telexeber.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. ABŞ Prezidenti Donald Trampın 8 müharibəyə son qoyması barədə açıqlamasına münasibət bildirən Lavrov bildirib ki, Rusiya Trampın sələfləri kimi müharibələri başlatmaq əvəzinə, dayandırmaq cəhdlərini yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu müharibələr müvəqqəti olaraq dondurulub.
Lavrov “Pakistanla Əfqanıstan, Kamboca ilə Tayland, Konqo Demokratik Respublikası və Ruanda arasında atəşkəs elan edilib, lakin bu səylər problemlərin əsas səbəblərini həll etməyib", - deyə bildirib.
Популярный ролик