Amerikalı polkovnik Türkiyəni hədələdi

ABŞ ordusunun ehtiyatda olan polkovniki Douglas Gregor İran ətrafında baş verən hadisələrə dair mövqeyini açıqlayıb. Gregor ABŞ və İsrailin tezliklə məqsədinə nail olacağını bildirib.

Telexeber.az xəbər verir ki, keçmiş yüksək rütbəli hərbçi İsrailin yaxın gələcəkdə Türkiyə ilə də toqquşacağını iddia edib. O, tərəflərin Suriya ərazisində qarşı-qarşıya gələcəyini proqnozlaşdırıb.
Douglas Gregor İrandan fərqli olaraq Türkiyəni güclü dövlət adlandırıb. Deyib ki, nizami orduya, mükəmməl donanmaya malik olan Türkiyənin süqutu vaxt aparacaq. Polkovnik bu faktorlara rəğmən Ankaranın cəzalandırılacağını istisna etməyib.

Douglas Gregorun bu sözləri Türkiyə mediasında müzakirələrə səbəb olub. Yerli siyasətçilər və jurnalistlər onu axmaq adlandırıblar.
Популярный ролик