Trampın İranla bağlı əsl məqsədi bilindi
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp İran neftini ələ keçirmək istədiyini ifadə edib.
Telexeber.az xəbər verir ki, o, “Financial Times” qəzetinə müsahibəsində belə deyib. O, potensial addımı Venesuela nümunəsi ilə müqayisə edərək Xarq adasını ələ keçirməyin variantlar arasında olduğunu bildirib. Tramp, "Düzünü desəm, ən çox istədiyim şey İrandakı nefti ələ keçirməkdir, amma ABŞ-dəki bəzi axmaq insanlar deyir ki, “Niyə belə edirsiniz?”. Amma onlar axmaq insanlardır. Bəlkə Xarq adasını ələ keçirərik, bəlkə də almarıq. Bizim bir çox variantımız var", - deyə bildirib.
Tramp həmçinin qeyd edib ki, İranla vasitəçilər vasitəsilə aparılan danışıqlar yaxşı irəliləyir.