ABŞ illərdir bu plan üzərində işləyir

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandanı, təqaüddə olan general Frank Makkenzi açıqlamaları ilə diqqət çəkib.

Telexeber.az xəbər verir ki, o “CBS News”a müsahibəsində bildirib ki, ABŞ ordusu illərdir İranın cənub sahili boyunca adaları ələ keçirmək də daxil olmaqla quru əməliyyatı üçün variantları nəzərdən keçirib. Makkenzi, "İllərdir İranın cənub sahili boyunca adaları və kiçik bazaları ələ keçirmək üçün variantları qiymətləndiririk. Əsasən basqınlar. Basqın geri çəkilmə planı olan bir əməliyyatdır. Orada qalmırsınız, amma bəzi adaları ələ keçirə və saxlaya bilərsiniz”, - deyə bildirib.
Makkenzi müəyyən əraziləri bu şəkildə ələ keçirməyin İranı alçaldacağını və danışıqlarda ABŞ-yə əhəmiyyətli üstünlük qazandıracağını iddia edib.
Популярный ролик