Rusiya Qara dənizdə yük gəmisini vurdu
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyanın Ukraynanın Odessa limanı yaxınlığında yük gəmisinə endirdiyi zərbə nəticəsində gəmi heyətinin 5 üzvü həlak olub.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Serhiy Koretski məlumat verib.
Onun sözlərinə görə, Qvineya-Bisau bayrağı altında üzən gəmi qarğıdalı yükünü qəbul etdikdən sonra limandan ayrılıb və göyərtəsində Hindistan, Suriya və Ukrayna vətəndaşlarından ibarət 18 nəfərlik heyət olub.
Hadisə ilə bağlı əlavə araşdırma aparılır.