Çində virusa görə dərslər dayandırıldı

Çində virusa görə dərslər dayandırıldıÇinin Quancouda şəhərində COVID-19 virusuna yoluxmalar səbəbindən orta məktəblərdə əyani tədris dayandırılıb.

Telexeber.az xəbər verir ki, Çinin beynəlxalq ticarət qovşağı hesab edilən və əhalisi 15 milyon nəfər olan Quancou şəhərinin rəhbərliyi orta məktəblərdə əyani dərslərin qeyri-müəyyən müddətə dayandırılmasına və distant təhsilin təşkilinə qərar verib. Yalnız yataqxanası olan məktəblərin buraxılış siniflərinin şagirdləri üçün qapalı rejimdə yerində dərslərin keçirilməsinə icazə var. Yəni, həmin siniflərin şagirdləri məktəbləri tərk edə bilməzlər.
Bundan başqa, ali təhsil müəssisələrində də qapalı rejim tətbiq olunacaq. Kolleclərə qəbul imtahanı isə təxirə salınıb.
Популярный ролик