Putinə yaxınlığı ilə bilinən iş adamları buna görə öldürülür: ŞOK SƏBƏBLƏR
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın dövlət şirkətlərinə yaxınlığı ilə bilinən iş adamlarının müəmmalı ölümləri dünya mediasında müzakirələrə yol açıb.
Telexeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, iddialara görə, vaxtilə Prezident Vladimir Putinlə də əlaqələri olan iş adamları Moskvanın Ukraynadakı siyasətinə qarşı olduğu üçün hədəfə alınır. Digər əsas səbəb isə iş adamlarının Rusiya dövləti üçün vacib olan məlumatları bilməsidir. Rusiya mənbələri iddia edir ki, “Qazprom” şirkəti ilə əməkdaşlıq edən rus iş adamlarının öldürülməsinə səbəb onların dövlət üçün önəmli məlumatları bilməsidir.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazprom” şirkəti ilə əlaqələri olan tanınmış iş adamı Yuri Voronov tapança ilə öldürülüb. Son bir neçə ayda Yuri Voronov müəmmalı şəkildə ölən “Qazprom” şirkəti ilə əlaqəli 5-ci şəxsdir.