Ərəblər ABŞ-a “savaş açdı” - 10 ölkə amerikalılara qarşı birləşdi

Ərəblər ABŞ-a “savaş açdı” - 10 ölkə amerikalılara qarşı birləşdiOPEC+ ölkələrinin gündəlik neft hasilatını 2 milyon barrel azaltması barədə qərarı Səudiyyə Ərəbistanı ilə ABŞ arasında gərginlik yaradıb.

Telexeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Ər-Riyadı Rusiyaya dəstək verməkdə ittiham edib. Vaşinqton iddia edir ki, qərar Səudiyyə Ərəbistanının dəstəyi ilə qəbul edilib. Bu gərginliyə digər ərəb və region ölkələri də daxil olub. Dövlətlər Səudiyyə Ərəbistanına dəstək ifadə ediblər.


Mərakeş, Misir, Bəhreyn, Fələstin, Yəmən, Oman, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveyt müxtəlif səviyyələrdə Ər-Riyadın qərarı ilə həmrəy olduqlarını ifadə ediblər. Bildirilir ki, bu qərar iqtisadi sabitliyə xidmət edir və siyasi məsələlərlə əlaqəsi yoxdur.

Qeyd edək ki, gərginlikdən sonra ABŞ-ın silah satışı da daxil olmaqla Ər-Riyadla münasibətləri yenidən nəzərdən keçirdiyi irəli sürülür.
Популярный ролик