Qadınlara edilən iş təklifi gündəm oldu - “Utanırıq”
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistanda iş axtarışında olan 28 nəfər xoşagəlməz hadisə ilə üzləşib.
Telexeber.az xəbər verir ki, aralarında qadınların da olduğu şəxslərə Yeni Dehli Qatar stansiyasında iş vəd edilib. Bu iş qarşılığında isə onlardan 1400 dollar alınıb. Hindistanlılara 1 ay ərzində stansiyanın girişində qalaraq qatarları saymaq tapşırılıb. 28 nəfər 1 ay ərzində gündə 8 saat olmaqla stansiyaya girən qatarları və maşinistləri sayıb. Onlara bunun təlim məqsədi ilə olduğu deyilib. Bundan sonra onlara müxtəlif vəzifələrə təyin olunacaqları vəd edilib. Lakin 1 aydan sonra pulları alan şəxsdən xəbər çıxmayıb. Tərəflər polisə məlumat verib. Onların aldadıldığı məlum olub.
Yerli sakinlərə iş vəd edən şəxsin özünü hökumət nümayəndəsi kimi təqdim etdiyi bildirilir. Aldadılan şəxslər belə bir işə inandıqları üçün utandıqlarını ifadə ediblər.