Yardımlının baş həkimi özünə biznes qurub - ŞİKAYƏT VAR

Yardımlının baş həkimi özünə biznes qurub - ŞİKAYƏT VARRedaksiyamıza yazan Yardımlı sakinlərinin şikayəti yerli Mərkəzi Xəstəxananın baş həkimi Rasim Əkbərovdandır. Sakinlər Telexeber.az-a yazır ki, həm də Yardımlıda yerləşən "Medical Hospital"ın sahibi olan baş həkim dövlət xəstəxanasına müraciət edən xəstələri az qala məcburi qaydada özünün hospitalına yönəldir, onlara hospitalda müalicə olunmağı təşviq edir.
Sakinlər Telexeber.az-a yazırlar: "Bu azmış kimi Rasim Əkbərov Mərkəzi Xəstəxanaya ayrılan pulları, ərzağı, dərman preparatlarını belə "Medical Hospital"ına yönəldir. Bu gün dövlətin xəstəxanası məhz Əkbərovun məlum siyasətindən boş qalıb.
Bir başqa şikayətidə diqqətinizə çatdırım.
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni yaratdığı pensiya sisteminin elektron xidmətə keçməsindən baş həkim Rasim Əkbərov, Ramin Verdiyev, Mehman Abbasov və xəstəxananın ferşili Savadxan özlərinə yeni pul qazanmaq yolu tapıblar.(afn)Belə ki, bir neçə gün bundan qabaq elektron formada pensiya təyin olunan bir xəstəyə zəng edən ferşil Savadxan onun pensiyasını həll etdiyini bildirib və ona 800 manat pul verməsini tələb edib. Xəstə də heç nədən xəbəri olmadan Savadxana 800 manat pul verib. Lakin o bilmir ki, pensiyası Savadxan tərəfindən yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gondərdiyi elektron sənəd əsasında təyin edilib. Savadxan isə həmin 800 manatı baş həkim Rasim Əkbərov, Ramin Verdiyev, Mehman Abbasovla aralarında bölüşdürüblər".
akinlər bildirirlər ki, baş həkim Rasim Əkbərov özü kabinetində pensiya istəyən vətəndaşları qəbul edir, onlardan pul alaraq pensiya düzəldəcəyini vəd edir: "Görün, vəziyyət hansı həddə çatıb ki, ferşil vətəndaşlara deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində adamım var, gedim orda sənin işini həll edim.
Müraciətlər və şikayətlər əsnasında arşdırmamız davam edir,Telexeber.az-ı izləyin.
Популярный ролик