Putin gözlənilən sənədi imzaladı - Bundan sonra qiymətlər…
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident Vladimir Putin Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edən ölkələrə qarşı sanksiya tətbiq edilməsini nəzərdə tutan sənədi təsdiq edib.
Telexeber.az xəbər verir ki, sənəd Rusiyanın həmin ölkələrə neft satışını qadağan edir. Qadağalar ölkələri və şirkətləri əhatə edir. Sənəddə qeyd edilir ki, hər hansı ölkə Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edərsə və ya buna bənzər həmlə irəli sürərsə Rusiya həmin dövlətlərlə neft satışına dair əməkdaşlıq etməyəcək.
Qeyd edək ki, Avropa Birliyi ölkələri Rusiyanın dəniz yolu ilə daşınan neftinin qiymətinə maksimum qiymət təyin edib. Qərarə görə, Rusiya neftinin 1 barreli 60 dollardan baha alına bilməz.